Putin ABŞ-dakı seçkiləri gözləyəcək

Putin ABŞ-dakı seçkiləri gözləyəcək
Gündəm 12 İyun 2023 16:33

Rusiya və Ukrayna arasında danışıqların ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkisindən əvvəl başlaması ehtimalı azdır.

Sitat.info xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

O bildirib ki, Rusiya Prezidenti Putin ABŞ-da prezident seçkisinin nəticələrini gözləmək niyyətindədir:

“Bundan əvvəl Moskva ilə Kiyev arasında sülh danışıqlarının başlanacağını gözləmək lazım deyil”.