Bakıda kartdan külli miqdarda pul oğurlandı

Bakıda kartdan külli miqdarda pul oğurlandı
Gündəm 10 İyun 2023 11:39

Bakıda bank kartından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən  Sitat.info-ya verilən məlumata görə, paytaxt sakini olan bir nəfərin bank kartından hesabındakı 1100 manatı oğurlanıb.

Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini Valeh Qənbərov müəyyən olunaraq saxlanılıb

Araşdırma aparılır.