Hazırda Nyu-York... - Fotolar

Hazırda Nyu-York... - Fotolar
Gündəm 09 İyun 2023 10:49

Xəbər verdiyimiz kimi, Kanadada hazırda davam edən meşə yanğınları səbəbindən ABŞ-nin Nyu-York şəhəri və ətrafında havanın keyfiyyəti aşağı enib. 

“Qafqazinfo” xarici mediaya istinadən məlumatına görə, Nyu-York tüstü səbəbindən dünyada havanın ən çirkli olduğu şəhər olub.

Hazırda şəhərin havası sağlamlıq üçün çox zərərli hesab edilir. 

Dövlət məktəblərində açıq havada keçirilməsi planlaşdırılan bütün tədbirlər ləğv olunub. Bununla yanaşı, Nyu-York ştatının sakinlərinə 1 milyon “N95” tipli maska paylanılacaq.