Əfqanıstanda qətliam kimi qəza - 24 nəfər öldü

Əfqanıstanda qətliam kimi qəza - 24 nəfər öldü
Gündəm 07 İyun 2023 22:56

Əfqanıstanda mikroavtobus xəndəyə yuvarlanıb.  Fəlakət nəticəsində 8-i uşaq olmaqla 24 nəfər həyatını itirib.

Sitat.info xəbər verir ki, ölkənin şimalındakı Saraypolun Sayad rayonunda hərəkətdə olan mikroavtobus xəndəyə yuvarlanıb. Qəza nəticəsində 8-i uşaq olmaqla ümumilikdə 24 nəfər ölüb.

Saraypol polisinin sözçüsü Din Məhəmməd Nəzəri verdiyi açıqlamada qəzanın günorta saatlarında baş verdiyini bildirərək, mikroavtobusun Alhato kəndindən Xvacayaqanah kəndinə getdiyini bildirib.

Qəzaya səbəb kimi ehtiyatsızlıq və yol şəraitinin pis olduğu bildirilib.

Seymur Bənnayev

Sitat.info