Nazarbayevin ömürlük vəzifəsi ləğv edilib - Senatın qərarı

Nazarbayevin ömürlük vəzifəsi ləğv edilib - Senatın qərarı
Gündəm 27 Yanvar 2022 09:07

Qazaxıstan parlamentinin yuxarı palatası (Senat) ölkənin birinci prezidenti Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasına və Xalq Assambleyasına ömürlük sədrliyinin ləğvinə dair düzəlişi təsdiq edib.

Sitat.info APA-ya istinadən xəbər verir ki, yanvarın 19-da aşağı palata (Məclis) müvafiq qanun layihəsini qəbul etmişdi.
TASS-ın yazdığına görə, Yeni qanunun qüvvəyə minməsi üçün dövlət başçısı tərəfindən təsdiqlənməlidir.