Zakir Həsənov ABŞ müdafiə katibinin müavini ilə danışdı

Zakir Həsənov ABŞ müdafiə katibinin müavini ilə danışdı
Gündəm 02 İyun 2023 20:46

İyunun 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla ABŞ-ın müdafiə katibinin siyasi məsələlər üzrə müavini Kolin Kahlın təşəbbüsü ilə telefon danışığı olub.

Tərəflər iki ölkə arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı həmçinin Azərbaycanla ABŞ arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.