Zelenskinin ofisi: Müharibənin aktiv fazası 2-3 həftəyə başa çatacaq

Zelenskinin ofisi: Müharibənin aktiv fazası 2-3 həftəyə başa çatacaq
SİYASƏT 18 Mart 2022 20:15

Müharibənin aktiv fazası 2-3 həftə ərzində başa çatmalıdır.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezident ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç özünün “Telegram” kanalında bildirib.

O, ukraynalıların öz evlərinə tezliklə qayıda biləcəyinə ümidini ifadə edb.

"Kiyev, Xarkov, Çerniqov və Sumı ətrafında hərbi əməliyyatların aktiv fazası demək olar ki, bitib. Əgər onlar hardansa əlavə qüvvə toplayıb hücuma keçsələr də, istənilən halda bu onların məğlubiyyəti ilə nəticələnəcək. Nəticə birdir, onlar strateji baxımdan uduzublar, operativ baxımdan da uduzacaqlar. Düşünürəm ki, aprelin ortaları, sonları üçün Kiyevdən çıxan sakinlər geri qayıda biləcək", - Arestoviç qeyd edib.