Qaribaşvili: İrəvanla Bakı arasında sülh danışıqları...

Qaribaşvili: İrəvanla Bakı arasında sülh danışıqları...
Gündəm 01 İyun 2023 15:08

Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir.

Sitat.info xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Moldovada Avropa Siyasi Birliyinin sammitində jurnalistlərə deyib.

O bildirib ki, sülh danışıqları bütün Cənubi Qafqazın maraqlarına cavab verir:

“Hesab edirəm ki, Gürcüstan regionumuzda sabitliyi və sülhü möhkəmləndirmək üçün neytral, qərəzsiz rol oynayıb və oynayır. Bizim həm Azərbaycanla, həm də Ermənistanla əla münasibətlərimiz var. Gürcüstan Qarabağ müharibəsindən sonra 2021-ci ildə çox mühüm vasitəçilik rolunu oynayıb. Əslində biz Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarını dəstəkləyirik və hesab edirik ki, bu, Gürcüstanın, Azərbaycanın, Ermənistanın və bütün regionun maraqlarına cavab verir”.