Ərdoğanın qələbəsi ayrı-ayrı ölkələrdə belə qeyd edildi - Video

Ərdoğanın qələbəsi ayrı-ayrı ölkələrdə belə qeyd edildi - Video
Gündəm 29 May 2023 10:11

Türkiyədə Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qələbəsi Türkiyə və Azərbaycanla yanaşı dünyanın müxtəlif ölkələrində də qeyd olunub.

“Qafqazinfo” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bunlar arasında Belçika, Almaniya, İsveç, Liviya və Qətər var. 

Sözügedən ölkələrdə yaşayan türklər küçələrə axışıb, Ərdoğanın qalibiyyətini bayram ediblər.

Həmin görüntüləri təqdim edirik: