Ramiz Mehdiyev istefadan sonra İLK DƏFƏ DANIŞDI :"Rusiyadan gələn vardı, AMEA-da onunla görüşdüm" VİDEO
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev "TV Musavat"ın canlı yayınında aparıcı Sevinc Telmanqızının suallarını cavablandırıb.
Sitat.info xəbər verir ki, Ramiz Mehdiyev iki gün öncə AMEA-ya getməsi ilə bağlı məlumatı təsdiqləyib və bunun səbəbini açıqlayıb.
Ramiz Mehdiyev "TV Musavat"a bildirib ki, AMEA-ya rəhbərliyi dövründə Rusiya Elmlər Akademiyası ilə ortaq layihə hazırlanıb. Həmin layihə ilə bağlı fəaliyyəti müəyyənləşdirmək üçün Rusiya Elmlər Akademiyasının prezidenti, fizik Aleksandr Sergeyevin köməkçisi AMEA-ya gəlib və tərəflər arasında görüş keçirib.
Aparıcının "Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyəti necə şərh edərsiniz?" sualına isə Ramiz Mehdiyev belə cavab verib:
"Mən artıq siyasətlə məşğul olmuram, ona görə də belə suallara cavab verməyəcəyəm".
R.Mehdiyev sonda AMEA-nın yeni prezidenti Arif Həşimovun fəaliyyətini yüksək qiymətləndirib.