Latviya XİN Azərbaycanı təbrik edib

Latviya XİN Azərbaycanı təbrik edib
SİYASƏT 28 May 2023 14:14

“Latviya Azərbaycanla dostluq münasibətlərini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə daha da inkişaf etdirməyi səbirsizliklə gözləyir”.

Sitat.info xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyindən bildirilib.

Latviya XİN 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.

“Müstəqillik günü münasibətilə sizi təbrik edir, sülh, təhlükəsizlik və firavanlıq arzulayırıq!”, - nazirliyin tviterində edilən paylaşımda yazılıb.