Abbas Əliyevə AĞIR İTKİ

Abbas Əliyevə AĞIR İTKİ
Gündəm 27 May 2023 10:59

Əməkdar jurnalist, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müşaviri Abbas Əliyevə ağır itki üz verib.

Sitat.info xəbər verir ki, tanınmış jurnalistin atası Murad Əliyev dünyasını dəyişib.

Qeyd edək ki, Abbas Əliyev 2 ay əvvəl xidmət rəisinin müşaviri təyin edilib. O bu təyinatadək uzun illər İqtisadiyyat Nazirliyinin mətbuat katibi vəzifəsini icra edib.