Türkiyə və Fransa XİN başçıları Ukraynanı müzakirə ediblər

Türkiyə və Fransa XİN başçıları Ukraynanı müzakirə ediblər
SİYASƏT 18 Mart 2022 01:34

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə fransalı həmkarı Jan-İv Le Drian arasında telefon danışığı olub.

Bu barədə "Report"un yerli bürosuna Türkiyə XİN-dən məlumat verilib.

Məlumatda qeyd olunub ki, danışıqlar zamanı Ukrayna müharibəsində son yeniliklər və ölkədə humanitar vəziyyətlə əlaqədar son yeniliklər müzakirələr edilib.