Moskva-İrəvan təyyarəsində bomba həyəcanı

Moskva-İrəvan təyyarəsində bomba həyəcanı
Gündəm 18 Mart 2022 00:45

Moskva-İrəvan reysi ilə uçan təyyarədə bomba həyəcanı yaşanıb.

Musavat.com erməni mediasına istinadən bu haqda xəbər verir. Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 17-də Rusiyadan Ermənistana uçan təyyarənin minalanmış olması barədə məlumat daxil olub.

Xilasedicilər polis və hava limanının mühafizə xidmətinin əməkdaşları ilə birlikdə sərnişinləri təxliyə edib, yük yerində axtarış aparıblar. Lakin heç bir təhlükəli əşya tapılmayıb.