Papikyan Fransa səfiri ilə görüşdü

Papikyan Fransa səfiri ilə görüşdü
Gündəm 24 May 2023 14:44

Ermənistan müdafiə naziri Suren Papikyan Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Ann Luyonu qəbul edib.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Görüşdə müdafiə sahəsində Ermənistan-Fransa əməkdaşlığı və regional təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə olunub. Səfir Luyonun xahişi ilə Papikyan Ermənistan-Azərbaycan sərhədindəki son vəziyyətlə bağlı məlumatı təqdim edib”, - məlumatda deyilir.