Atalara tam ödənişli məzuniyyət veriləcək

Atalara tam ödənişli məzuniyyət veriləcək
Gündəm 26 Yanvar 2022 19:17

"Ataların tam ödənişli əsaslarla məzuniyyətdən istifadə etməsi məsələsi tezliklə Əmək Məcəlləsində öz əksini tapacaq".

Sitat.info Report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O, qadın və kişilərin əməkhaqlarında mütənasibliyin qorunmasını mühüm amillərdən biri kimi dəyərləndirib.