Sinan Oğan rəsmən qərarını açıqladı: Bu namizədi dəstəkləyəcək

Sinan Oğan rəsmən qərarını açıqladı: Bu namizədi dəstəkləyəcək
Gündəm 22 May 2023 19:12

Türkiyədə keçiriləcək prezident seçkisinin II turu fonunda Sinan Oğan Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib.

Sitat.info xəbər verir ki, bu barədə Sinan Oğan keçirdiyi mətbuat konfransında bildirib.

O, özünün də Ərdoğanı dəstəkləyəcəyini və seçiclərindən də hazırkı Prezident Rəcəb Tayyib Ərdoğana səs vermələrini istəyib.

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.