Rusiya ordusu Xersonu bombaladı: ölənlər var

Rusiya ordusu Xersonu bombaladı: ölənlər var
Dünya 20 May 2023 12:57

Rusiya Hərbi Hava Qüvvələri mayın 20-də səhər saatlarında Ukraynanın Xerson vilayətindəki yaşayış məntəqələrinə aviazərbələr endirib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Vilayətin Berislav rayonunun bombalanması nəticəsində 2 mülki şəxs ölüb, 1 nəfər yaralanıb. Həmçinin mülki infrastruktura ziyan dəyib.