Sakit okeanda güclü zəlzələ

Sakit okeanda güclü zəlzələ
Gündəm 20 May 2023 11:17

Sakit Okeanın Yeni Kaledoniya sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələlərin episentri 94 mindən çox insanın yaşadığı Yeni Kaledoniyanın inzibati mərkəzi Noumea şəhərindən 416 km cənub-şərqdə baş verib. Zəlzələ ocağı 45 km dərinlikdə yerləşib.