ABŞ Ermənistan şirkətini “qara siyahı”ya saldı

ABŞ Ermənistan şirkətini “qara siyahı”ya saldı
Gündəm 19 May 2023 19:21

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan və Qırğızıstanın da şirkətləri həmin "qara siyahı"ya düşüb.

Yeni sanksiyalar paketinə əsasən bir sıra telefon, səs yazıcı, mikrofon və məişət texnikasının Rusiya Federasiyasına idxalına qadağa qoyulub.

Həmçinin, Ermənistanın kimya məhsullarının ixracı ilə məşğul olan “Medisar” şirkətlərinə də sanksiya tətbiq edilib.