Bakı və İrəvanın birbaşa dialoqunu dəstəkləyirik - ABŞ

Bakı və İrəvanın birbaşa dialoqunu dəstəkləyirik - ABŞ
SİYASƏT 18 May 2023 21:59

ABŞ Dövlət Departamenti Azərbaycanla Ermənistan arasında Moskvada baş tutacaq danışıqlara münasibət bildirib.

Sitat.info xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel brifinqdə danışıb.

“ABŞ danışıqların harada getməsindən asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləyir”, - o qeyd edib.