Müəllimlərin sertifikasiya imtahanlarının vaxtı açıqlandı

Müəllimlərin sertifikasiya imtahanlarının vaxtı açıqlandı
Gündəm 18 May 2023 11:54

İyunun 20-24-də təhsilverənlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək.

“Sitat.info” xəbər verir ki, bunu “Təhsil masası”nda Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, həmin tarixlərdə Azərbaycan dili və ədəbiyyat, eləcə də ibtidai sinif müəllimləri imtahan verəcək.

“İmtahanlar ümumilikdə 31 mərkəzdə təşkil olunacaq. Müəllimlərin yaşadıqları əraziyə yaxın məktəblərdə test imtahanı vermələri təmin ediləcək”, - E. Bağırov əlavə edib.