Peskovdan Ankaraya mesaj: Çoxlu suallar var

Peskovdan Ankaraya mesaj: Çoxlu suallar var
Gündəm 16 May 2023 15:32

Taxıl müqaviləsi üzrə təmaslar davam edir, bir çox açıq suallar qalır.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Müqavilə ilə bağlı çoxlu suallar var. İndi qərar verilməlidir”, - o bildirib.

Qeyd edək ki, taxıl sazişinin uzadılmasında vasitəçiliyi əsasən Türkiyə edir.