Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Gündəm 17 Mart 2022 10:43

 

Azərbaycan nefti ucuzlaşıb.

SİTAT.İNFO xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,14 ABŞ dollar, yaxud 1,08 faiz azalıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 104,48 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.