Tviterə yeni baş direktor təyin edilib

Tviterə yeni baş direktor təyin edilib
Gündəm 12 May 2023 10:42

Tviterin sahibi İlon Mask şirkətə yeni baş direktor təyin edib.

“Sitat.info” xəbər verir ki, Mask bu barədə məlumatı öz tviter hesabında açıqlayıb. 

Onun sözlərinə görə, yeni baş direktor təqribən 6 həftə sonra fəaliyyətə başlayacaq. 

Yeni vəzifəli şəxsin adı açıqlanmasa da, onun qadın olduğu bildirilir. 

Xatırladaq ki, İ. Mask sosial şəbəkəni ötən il 44 milyard dollara alıb.