"Xəcalət çəkdim, bu nə biabırçılıq idi.." - Tural və Turan qardaşları sərt tənqid olundu

\"Xəcalət çəkdim, bu nə biabırçılıq idi..\" - Tural və Turan qardaşları sərt tənqid olundu
MƏDƏNİYYƏT 10 May 2023 18:59

"Bizim mədəniyyətimiz opera musiqisi ilə, tar-kamanımızla, baletimizlə, muğamımızla tanınıb. Mən də belə məsələrə tolerant yanaşıram, ancaq bu qədər də olmaz axı..."

Sitat.info xəbər verir ki, bu sözləri  Sitat TV-nin canlı yayınında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Üzeyir Cəfərov "Eurovision 2023-" mahnı müsabiqəsində iştirak edən Tural və Turan qardaşlarını tənqid edib:

"O nə geyim idi, nə münasibət idi? Bu qədər avropalaşmışıqsa, yazıqlar olsun bizə. Bu nə biabırçılıq idi? Bu yaxınlarda uşaqları şəhərə çıxardım, böyük xəcalət hissi keçirdim.

Bakı tanınmaz hala düşüb".

Seymur,

Sitat.info