Ermənistan əsir saxlanılan hərbçimizə HÖKM OXUNUB

Ermənistan əsir saxlanılan hərbçimizə HÖKM OXUNUB
Gündəm 09 May 2023 13:40

Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Aqşin Bəbirova 11,5 il müddətinə həbs cəzası verilib

Sitat.info xəbər verir ki, Ermənistan ərazisinə düşən azərbaycanlı hərbçilərdən birinə hökm oxunub.

Sünik rayon ümumi yurisdiksiya məhkəməsinin hökmü ilə Aqşin Bəbirov 11 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan hərbçisi “dövlət sərhədini qanunsuz keçmək, dövlət sərhədindən qanunsuz odlu silah və döyüş sursatı keçirməkdə” təqsirli bilinib.