Adil Əliyev Pakistana gedir

Adil Əliyev Pakistana gedir
SİYASƏT 06 May 2023 17:25

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev mayın 8-də Pakistanın İslamabad şəhərinə yola düşəcək.

Sitat.info xəbər verir ki, vitse-spiker burada Pakistan İslam Respublikası Konstitusiyasının qəbul olunmasının 50 illiyinə həsr edilmiş “Mənim Konstitusiyam – mənim azadlıqlarımın zəmanətidir” adlı beynəlxalq konfransda iştirak edəcək.

Səfər çərçivəsində Adil Əliyevin Pakistanın dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulur./ Pravda.az