ABŞ-da "COVID-19" ilə mübarizə direktoru istefa verib

ABŞ-da \"COVID-19\" ilə mübarizə direktoru istefa verib
Dünya 05 May 2023 23:44

ABŞ-ın aparıcı səhiyyə müəssisəsi olan Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Dr. Rochelle Walensky iyunun sonunda təşkilatı tərk etmək üçün istefa verib.

Sitat.info xəbər verir ki, ABŞ-da "COVID-19" epidemiya prosesini idarə etmək üçün iki ildir Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin direktoru vəzifəsində çalışan Walensky, bu gün ABŞ prezidenti Co Baydenə məktub göndərib. 

"XNQAM-nin direktoru olaraq (Walensky) nəsildə bir dəfə baş verən epidemiya ilə mübarizədə öndə duraraq təşkilata dürüstlüklə rəhbərlik etdi", - Bayden Walensky-nin istefası ilə bağlı açıqlamasında deyib.

Valenskinin quruma verdiyi töhfələrdən danışan Bayden ona ən xoş arzularını çatdırıb.

XNQAM direktoru Walensky iyunun 30-da vəzifəsini tərk edəcək.

Seymur Bənnayev

Sitat.info