Bayramovla Mirzoyanın növbəti görüşü başladı

Bayramovla Mirzoyanın növbəti görüşü başladı
Gündəm 04 May 2023 19:56

Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü başlayıb.

Sitat.info xəbər verir ki, görüş ABŞ-nin Arlington şəhərində keçirilir.

Həmçinin, tərəflərin ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü də gözlənilir.

Qeyd edək ki, 1 və 2 may tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub./ Publika.az