Mərkəzi Bankdan Talıbovun yaratdığı qurumla bağlı açıqlama

Mərkəzi Bankdan Talıbovun yaratdığı qurumla bağlı açıqlama
Gündəm 03 May 2023 14:14

Azərbaycan Mərkəzi Bankı (AMB) Naxçıvan MR Dövlət Sığorta Xidmətinə hər hansı lisenziya verməyib.

Sitat.info xəbər verir ki, bunu AMB-nin baş direktoru Ziya Əliyev uçot dərəcəsinin parametrlərində dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında bildirib.

"Həmin qurum muxtar respublikanın Ali Məclisinin keçmiş sədrinin 2021-ci ildə imzaladığı sərəncamla yaradılıb. Onun fəaliyyəti ilə bağlı qərar qanunvericilik çərçivəsində qəbul edilməlidir", - deyə o qeyd edib./ Axar.az