Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş başlayıb

Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş başlayıb
SİYASƏT 02 May 2023 20:52

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.

Sitat.info xəbər verir ki, görüş ABŞ-nin Arlinqton şəhərində keçirilir.

Qeyd edək ki, mayın 1-də də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub.