Bakıda Dağıstanın nümayəndəliyi açılacaq

Bakıda Dağıstanın nümayəndəliyi açılacaq
SİYASƏT 02 May 2023 15:10

Azərbaycanın paytaxtında Rusiya Federasiyasının Dağıstan Respublikasının nümayəndəliyi açılacaq.

Sitat.info xəbər verir ki, bu barədə Dağıstanın rəhbəri Sergey Melikov sərəncam imzalayıb.

“Hökumətə altı ay müddətində əsasnaməni təsdiq etmək, təşkilati və maliyyə məsələlərini həll etmək tapşırılıb”, - respublika başçısının administrasiyasının bəyanatında deyilir./Report