Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI
SİYASƏT 01 May 2023 15:02

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) təhqiqat şöbəsinə yeni rəis təyin edilib.

 

Sitat.info xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, polis mayoru Elşad Şahbazov Suraxanı RPİ-nin təhqiqat şöbəsinə rəis təyin olunub.

 

O, bundan əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsinin rəis müavini vəzifəsində çalışıb.