Polşa Rusiya ilə sərhədin mühafizəsini gücləndirəcək

Polşa Rusiya ilə sərhədin mühafizəsini gücləndirəcək
Gündəm 29 Aprel 2023 22:23

Polşa Kalininqrad vilayətində Rusiya Federasiyası ilə sərhədin mühafizəsini gücləndirəcək.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşa hökumətinin başçısı Mateuş Moravetski açıqlayıb.

“Polşa-Rusiya sərhədində biz əvvəllər Belarusla sərhəddə olduğu kimi təhlükəsizliyi təmin edəcəyik”, - Moravetski əlavə edib.

Qeyd edək ki, ötən ilin yanvarında miqrasiya böhranı fonunda Polşa hakimiyyəti Belarusla sərhəddə divar hörmək qərarına gəlib. Hasarın hündürlüyü 5,5 metr, uzunluğu isə 186 kilometrdən çox olacaq.