Zelenski bu şəhərdən video paylaşdı: İşğalçı dövlət hər şey edib ki...
Ukrayna prezidenti Vladimir Zelenski ruslar tərəfindən işğal edilən və dağıdılan Mariupoldan görüntüləri yayıb.
Sitat.info xəbər verir ki, Zelenski videonu "Facebook" hesabından paylaşıb.
Ukrayna prezidenti deyib: “Mariupol. Bir vaxtlar orada yarım milyona yaxın insan yaşayırdı. İndi isə demək olar ki, heç bir ev qalmayıb.
Terrorçu dövlət bu şəhəri məhv etmək üçün hər şeyi edib.
Mariupolun 90%-dən çoxu məhv edilib”.
Aydan