Türkiyənin ilk kosmonavtları: biri Azərbaycan əsillidir

Türkiyənin ilk kosmonavtları: biri Azərbaycan əsillidir
Gündəm 29 Aprel 2023 14:29

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında Türkiyənin ilk kosmonavtlarının adlarını açıqlayıb, onlardan biri Azərbaycan əsillidir.

Sitat.info xəbər verir ki, o, türkiyəli səyahətçilərin kosmosa uçuşunun 2023-cü ilin son rübünə planlaşdırıldığını söyləyib.

Ərdoğan bildirib ki, kosmosa səyahət edəcək şəxslərlə tanış olmağın vaxtıdır:

“Alper Gezeravcı Hərbi Hava Qüvvələrində böyük uğurlar qazanmış qəhrəman türk pilotudur. O, Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq. Əvəzedici adı Tuva Cihangir Ataseverdir”.

Xatırladaq ki, Tuva Cihangir Atasever Azərbaycan əsillidir.