Ermənistanda atışma baş verdi

Ermənistanda atışma baş verdi
Gündəm 28 Aprel 2023 14:30

Bu gün Ermənistanın Gümrü şəhərində atışma baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Şirak vilayəti üzrə polis idarəsi məlumat yayıb.

Polis hadisə yerində 15 ədəd avtomat gilizi, pavilyonun dəmir və şüşə hissələrində atəş izləri aşkarlayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Atışma nəticəsində xəsarət alanlarla bağlı məlumat verilməyib.