Ərdoğan Azərbaycan səfirinə mükafat verdi

Ərdoğan Azərbaycan səfirinə mükafat verdi
Gündəm 25 Aprel 2023 22:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədova təşəkkürnamə təqdim edib.

Sitat.info xəbər verir ki, bu barədə səfir "Twitter" hesabında məlumat yayıb.

Səfir Türkiyə liderinə təşəkkür edib: “Cənab Prezidentin Azərbaycan-Türkiyə qardaşlığına verdiyi önəm və töhfə bizim üçün çox dəyərlidir”.