Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti arasında telefon danışığı olub

Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti arasında telefon danışığı olub
Gündəm 14 Mart 2022 16:22

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, bunu Ş.Mişel tviter səhifəsində yazıb.

Liderlər regional prosesləri, o cümlədən Cənubi Qafqazdakı durumu və Ukraynadakı vəziyyəti müzakirə ediblər.