Biləsuvarda motosiklet ağaca çırpılıb, sürücü ölüb

Biləsuvarda motosiklet ağaca çırpılıb, sürücü ölüb
HADİSƏ 24 Aprel 2023 19:04

Biləsuvarda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Sitat.info reporta istinadən xəbər verir ki, hadisə rayonun Ağayrı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1997-ci il təvəllüdlü Əsgərzadə Dadaş Bəhlul oğlu idarə etdiyi motosikleti ağaca çırpıb. O, ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, yerləşdirildiyi xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.