ABŞ və İsrail nümayəndə heyəti Qarabağda

ABŞ və İsrail nümayəndə heyəti Qarabağda
Gündəm 19 Aprel 2023 16:27

ABŞ və İsraildən Azərbaycana gələn nümayəndə heyətinin azad edilən ərazilərə səfəri başlayıb.

Sitat.info Report-a istinadən xəbər verir ki, səfər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.

Səfərin məqsədi Azərbaycan həqiqətlərinin İsrail və ABŞ ictimaiyyətinə çatdırılmasıdır.

Nümayəndə heyəti Xudafərin körpüsünü ziyarət edəcək, daha sonra Şuşa şəhərinə gedəcək.