Azərbaycanla İsrail arasında saziş imzalandı

Azərbaycanla İsrail arasında saziş imzalandı
Gündəm 19 Aprel 2023 14:21

Azərbaycan və İsrail arasında ətraf mühitin mühafizəsi sahəsində saziş imzalanıb.

Publika.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Tviter" hesabında bildirib.

"Saziş ölkələrimizin ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığının möhkəmləndirilməsinə və resurslardan səmərəli istifadə imkanlarının artırılmasına xidmət edir", - deyə o qeyd edib.

Sazişi Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və İsrailin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohenc imzalayıb.