Beyləqanda hərbçi maşını kanala aşırdı - Foto

Beyləqanda hərbçi maşını kanala aşırdı - Foto
Gündəm 17 Aprel 2023 13:50

Beyləqanda maşın kanala aşıb.

“Sitat.info” xəbər verir ki, hadisə rayonun Daşburun kəndində, Yuxarı Qarabağ kanalının kənd ərazisindən keçən hissəsində baş verib. İlkin ehtimallara görə, körpüdən keçən avtomobilin sürücüsü idarəetməni itirərək maşını kanala aşırıb. 

Əraziyə xilasedicilər cəlb olunub. Maşın kanaldan çıxarılıb. Lakin sürücünün maşında olmayıb. Hazırda onun axtarışları aparılır.

Sürücünün hərbçi olduğu bildirilir.