Nazirin növbəyə durması gündəm oldu - Video

Nazirin növbəyə durması gündəm oldu - Video
Gündəm 17 Aprel 2023 10:29

Gənclər və idman nazir Fərid Qayıbovun hava limanında çəkilmiş görüntüləri sosial şəbəkələrdə yayılıb və maraq doğurub.

Sitat.info Yenipress.az-a istinadən xəbər verir ki, onun digər sərnişinlər kimi pasport qeydiyyatından keçmək üçün növbədə dayanması, VİP-dən istifadə etməməsi müzakirə mövzusuna çevrilib.

Sosial şəbəkə istifadəçiləri F.Qayıbovun növbəti dəfə səmimi davranış sərgiləməsini təqdir ediblər.

Qeyd edək ki, videonun nə zaman və hansı hava limanında çəkildiyi bilinmir.