Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
SOSİAL 15 Aprel 2023 17:45

Aprelin 16-da gecə və səhər saatlarında əsasən dağlıq və dağətəyi ərazilərdə magistral avtomobil yollarının bəzi hissələrində arabir duman ilə əlaqədar olaraq görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Bu barədə Sitat.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.