Çempionlar Liqasında həftənin futbolçusu açıqlanıb

Çempionlar Liqasında həftənin futbolçusu açıqlanıb
İdman 14 Aprel 2023 18:12

UEFA Çempionlar Liqasında həftənin futbolçusu bəlli olub.

Sitat.info-nun məlumatına görə, 1/4 final mərhələsin ilk oyunları çərçivəsində keçirilən matçların ardından İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Con Stounz bu ada layiq görülüb.

O, “Milan”ın (İtaliya) yarımmüdafiəçisi Brahim Diaz, “Real Madrid”in (İspaniya) hücumçusu Vinisyus Junior və “İnter”in (İtaliya) müdafiəçisi Alessandro Bastonini qabaqlayıb.

Stounz Almaniya təmsilçisi “Bavariya”nı 3:0 hesabı ilə məğlub etdikləri ilk görüşdə məhsuldar ötürmə verib.