Çavuşoğlu Bayramova zəng etdi: Tam dəstək!

Çavuşoğlu Bayramova zəng etdi: Tam dəstək!
Gündəm 12 Aprel 2023 14:37

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Çavuşoğlu Azərbaycan - Ermənistan sərhədində baş verən qarşıdurmada Azərbaycan Ordusunun 3 əsgərinin şəhid olması ilə bağlı başsağlığını bildirib.

Nazir, həmçinin Türkiyə və türk xalqının Azərbaycanı tam dəstəklədiyini vurğulayıb.