Laçındakı mövqelərimiz atəşə tutuldu

Laçındakı mövqelərimiz atəşə tutuldu
SİYASƏT 11 Aprel 2023 17:12

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə Sitat.info-ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.