Kreml: Misirin Rusiyaya raket göndərməyi planlaşdırdığı barədə məlumat yalandır

Kreml: Misirin Rusiyaya raket göndərməyi planlaşdırdığı barədə məlumat yalandır
Dünya 11 Aprel 2023 16:46

Kremlin sözçüsü Dmitri Peskov Misirin Rusiyaya raket göndərməyi planlaşdırdığı barədə məlumatın yalan olduğunu bildirib.

Sitat.info xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.

"The Washington Post"un Misirin Rusiyaya raket göndərməyi planlaşdırdığı xəbərini dəyərləndirən Peskov bildirib: "Bu, təkrarlanan saxta xəbərlərə bənzəyir. Xəbəri belə qiymətləndirmək lazımdır".

İkinci Dünya Müharibəsindən bəri Rusiya ilə Yaponiya arasında müzakirə mövzusu olan Kuril adaları ilə bağlı sualı cavablandıran Peskov: “Kuril adaları Rusiya Federasiyasının tərkib hissəsidir”, - bildirib.

Seymur Bənnayev

Sitat.info